Nağd hesablaşmalar

Nağd hesablaşmaları məhdudlaşdıran “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Qanunda təsvir olunan əsas məsələlərin qısa məzmununu aşağıda nəzərinizə çatdırırıq:

ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə müəssisələri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan artıq olan əməliyyatlar nağdsız qaydada keçirilməlidir. Digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilməlidir.

Baxmayaraq ki, Vergi Məcəlləsində bu məsələ aydın göstərilməmişdir, Vergilər Nazirliyi yuxarıda qeyd edilən məhdudiyyətlərin vəsaitlərin qəbul olunmasına yox, yalnız vergi ödəyiciləri tərəfindən ödəmələr və məxariclərə tətbiq olunması barədə dəfələrlə fikir bildirmişdir.

Məbləğindən asılı olmayaraq, əmək haqqı ödənişləri (müəyyən vergi ödəyiciləri istisna olmaqla), kreditlərin verilməsi, faizlərin ödənilməsi, sığorta ödənişləri, təhsil haqqı ödənişləri və sair ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

İstisna hal olaraq, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan şəxslərdən müəyyən kənd təsərrüfatı mallarının, metal qırıntılarının və sair malların alınması nağd qaydada həyata keçirilə bilər.

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
20 Jun 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
20 Jun 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
20 Jun 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır