Mübahisələrin həlli

Şirkətimizin siyasəti hüquqi risklərin normal idarə edilməsi nəticəsində ümumiyyətlə mübahisələrin yaranmasının qarşısını almaqdır. Lakin, mübahisələr qaçılmaz olduqda, müştərilərin üzləşdikləri mübahisələrin həlli ilə bağlı ilkin mərhələdən mübahisənin tam həll edilməsinə qədər müştərilərə hüquqi dəstək oluruq.


Hüquqşünaslarımız müştərilərimizə məhkəmələrdə, arbitraj məhkəmələrində və dövlət orqanlarında mübahisələr ərzində köməklik göstərir.


Biz  müştərilərimizi bütün beynəlxalq kommersiya mübahisələri də daxil olmaqla mübahisələrin həlli proseslərində praktik və effektiv həll yolları ilə təklif edirik.


Arbitraj

Komandamız aşağıdakı məsələlər üzrə müştərilərimizə köməklik göstərir:

•    Arbitraj müddəaları ilə bağlı danışıqlar və onların tərtib olunması

•    Arbitraj prosesinin bütün mərhələlərində təmsil

•    Yurisdiksiya məsələləri üzrə yerli məhkəmələrdə təmsil

•    «Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında» 10 iyun 1958-ci il tarixli Nyu-York Konvensiyasına uyğun xarici arbitraj qərarlarının tanınması və icrası 


Mediasiya

Uzunmüddətli məhkəmə və arbitraj proseslərinin qarşısını almaq üçün mübahisələrin həllində müştərilərimizə mediasiya proseslərində köməklik göstərirməyə hazırıq. 


Kommersiya mübahisələrinin məhkəmələrdə həlli

Müştərilərimizi yerli və beynəlxalq kommersiya mübahisələrin bütün məhkəmə mərhələlərində təmsil etməyi təklif edirik.

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Şirkətimizin rebrendinqi
18 Jan 2018
Şirkətimizin rebrendinqi tamamlanmış, ünvanı dəyişmişdir